01 avqust 2020 14:43
534

Erməni əsilli Yaroslavl sakini Ermənistana hərbi texnika keçirmək cəhdinə görə həbs edilib

Rusiyadan Ermənistana qaçaq yolla hərbi texnika keçrməyə cəhd göstərən erməni həbs olunub.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Yaroslavl vilayətinin erməni əsilli Safaryan soyadlı sakini hərbi texnikanı Ermənistana qaçaq yolla keçirməyə cəhd göstərib. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onu piyada qoşunlarının döyüş avtomobili üçün periskopik hədəfi 1000 dollara alarkən yaxalayıblar.

İyulun 30-da Moskvanın Butırskaya rayon məhkəməsi Safaryanın 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.