29 iyul 2020 18:09
527

Erməni təxribatlarına qarşı birlik və həmrəylik nümayiş etdirilməlidir

Mingəçevir şəhərində məskunlaşan məcburi köçkün Ələmdar Hüseynov dünya azərbaycanlılarını ölkəmizin haqq səninin beynəlxalq ictimaiyyətə çatdırılmasında həmrəy olmağa çağırır

“Xaricdə yaşayan soydaşlarımız bu günlərdə dinc həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyirlər. Ermənilərin dünyanın müxtəlif ölkələrində yaşayan dinc soydaşlarımıza qarşı zorakılığı onların terrorçu mahiyyətini nümayiş etdirir. Bu gün bütün dünya azərbaycanlıları həmrəy olmalı, hər kəs öz sahəsində ermənilərə qarşı mübarizə aparmalıdır. Millət, xalq, dövlət üçün hər kəs bir məqsəd uğurunda birləşməli, fikir birliyinin əsasında dünya ölkələrində Azərbaycanın haqq səsinin çatdırlmasına kömək etməlidir”.

Bu fikirləri Mingəçevir şəhərində məskunlaşmış məcburu köçkün Ələmdar Hüseynov deyib.

Mingəçevirdə məskunlaşmış məcburi köçkünün sakininin vətəndaşlıq təəsübkeşliyindən uzaq, vətənə dövlətə xəyanətini özündə əks etdirən şəxslərə qarşı cavabı belə olmuşdur: “Bu gün Ermənistanda Azərbaycanın əleyhinə iftira, böhtan yağdırılaraq guya Azərbaycanda hərc-mərcliyin olması kimi cəfəng fikirlər səsləndirilir. Belə olan halda bizim “sapı özümüzdən olan baltalar”ın, öz mənafeyini ictimai mənafedən üstün tutan, hansısa dövlətlərin xüsusi xidmət orqanlarının yanında hiyləgərlik alətinə çevrilən ünsürlərin, simasızların Azərbaycan hakimiyyəti haqqında  iftira və böhtan xarakterli fikirlər səsləndirmələri ermənilərin və onların havadarlarının maraqlarına cavab verir. Biz azərbaycanılar bir-birimizdə nöqsan axtarmağı bir kənara qoyub Ali Baş Komandan cənab  İlham Əliyevin ətrafında sıx birləşib işğal altında olan torpaqlarımızı ermənilərdən azad etməliyik.

Ə. Hüseynov qeyd edib ki, xaricdə oturub Azərbaycan hakimiyyətində nöqsan tapmaq axtarışında olan şəxslər bu gün iqtidarımızın uğurlu, məqsədyönlü siyasətinə maneə törədərək onlara qarşı təxribat yaratmağa meyilli olmamalıdırlar: “Belə bir əks mövqedən çıxış edən kəslər azərbaycançılıq ənənəsi ilə yaşayan millətimizə şərəf gətirməyəcəklər. Dağlıq Qarabağ erməniləri bu gün belə bir fikir səsləndirirlər ki, Azərbaycanda insan hüquqları pozulur. Ermənilərin dediyi bu sözləri, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qurban Məmmədov kimi şəxslərdən də eşidirik. O zaman sual yaranır ki, bu insanlarla ermənilər arasında hansı fərq var? Belə insanların dövlət başçısını, onun ailə üzvlərini gözdən salmaq üçün iftira, böhtan xarakterli fikirlər söyləmələri Azərbaycanın milli maraqlarına xəyanətdir. Tənqid adı ilə iftiralar yağdırmaq, xalqın, dövlətin əleyhinə çağırışlar etmək birbaşa erməni diasporunun məqsədlərinə xidmət edir”.

Məcburu köçkün dünya azərbaycanlılarını ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında həmrəy olmağa çağırıb: “Biz azərbaycanlıların ən böyük arzusu azərbaycançılıq ənənələrinin ədalətliliyini dünya ictimaiyyətinə çatdırmaqdır. Bizim təcavüzkar ölkə tərəfindən torpaqlarımızın 20 faizi işğal altındadır. Dünya azərbaycanlıları BMT-nin 4 qətnaməsinin icra olunmadığını beynəlxaq aləmə çatdırılmalı, kütləvi qaydada təbliğat aparılmalıdır”.

Nigar Orucova, “İki sahil”