Lazar adlı erməni oğru Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində böyük mülklərə necə sahib oldu?
1739-cu ilin qışında Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Şahcahanabadı (Dehlini) tutan Nadir şah Əfşar Böyük Moğol dövlətindən qiymətli daş-qaşlarlarla birlikdə 700 milyon rupi dəyərində xərac alır. Hərbi qənimətin böyük bir hissəsi yüzlərlə dəvələrə, fillərə yüklənib Kelata (Nadir şahın xəzinəsə) gətirilir və burada mühafizə olunur.
Gətirilən ləl-cəvahiratın içində dünya almazlarının padişahı sayılan “Kuhi -nur” (“Nur dağı”) adlanan ən böyük bir almaz da vardı. Ən iri brilyantlardan biri “Dəryayi- nur” (“Dəniz nuru”), digəri “Taci-mah” (Göy brilyant) adlanırdı. Bu almazların da öz sahibləri kimi qəribə və maraqlı taleyi olub. Yonulmamışdan əvvəl 500 karat olan “Kuhi-Nur” almazı Nadir şahın ölümündən sonra dəfələrlə əldən-ələ keçir, hazırda London qəsrindəki Kral Xəzinəsində (Kral Muzeyində) saxlanılır.
Yonulmamışdan əvvəl böyüklüyü 787,5 karat olan açıq çəhrayı rəngli “Dəryayi-Nur” almazı isə hazırda 182 karatdır və Tehranda İran Milli Bankının muzeyində saxlanılır.
İlkin çəkisi 400 karat, yonulduqdan sonra 193 karat olan Göy almaz indi Moskvada Kremlin Almaz Fondunda saxlanılır.
Nadir şaha həsr olunmuş tarixi oçerklərin birində yazılır ki, Qriboyedov Tehranda öldürüləndə, həmin Göy almazı İran dövləti səfirin ölümünə təzminat kimi Peterburqa göndərib.
Əslində Türkmənçay müqaviləsinin əsas müəlliflərindən biri olan, rus yazıçısı A.S. Qriboyedovun qanını “yumaq” göndərilən səkkizbucaqlı formaya malik 88, 7 karat su kimi şəffaf “Şah almaz” idi. Bu almazın da Nadir şahın xəzinəsinə aid olduğu söylənilir.
Tarix elmləri doktoru, professor Mehman Süleymanov “Nadir şah” kitabında yazır ki, Göy almazı isə Lazar adlı bir erməni Nadir şahın xəzinəsindən oğurlayaraq dörd azyaşlı oğlanları ilə Culfadan keçib Rusiyada məskunlaşıb. Lazar Lazaryan Moskva və Sankt Peterburqda mülk alıb, özü və varisləri erməni kilsələri tikdirib, erməni məktəbi açıb. 1827-ci ildə həmin məktəbin bazasında Şərq Dilləri Lazarev İnstitutunu (indi Ermənistanın Rusiyadakı səfirliyi bu binada yerləşir) açmışdılar.
Lazar erməni xisləti və hiyləgərliyi ilə sağlığında Nadirin etimadını qazanmışdır. Mənbələrdə göstərilir ki, Nadir şah çox tolerant hökmüdar idi, o, bütün xristian təbəələrinə dözümlü yanaşıb, onların etiqadına hörmət edirdi. Hindistan yürüşündən sonra Məhşəd sarayında Quranla bərabər Tövratı və İncili də tərcümə etdirmişdir.
Bəs Lazar almazı Nadir şahın xəzinəsindən necə çıxarmışdı? “Lazar baldırını yarıb almazı ayaq ətinin arasında yerləşdirdi. Bu vəziyyətdə ölkədən çıxıb Rusiyaya qaçdı. Sankt-Peterburqda Lazar əməliyyat yolu ilə almazı baldırından çıxardı və satış məqsədilə Rusiya sarayına təklif etdi” (Mehman Süleymanov “Nadir şah” səh. 703)
Bu fakt rus və erməni mənbələrində də var. Bir versiyaya görə Lazerev adlı erməni Nadir şahın saray zərgəri olub. Və ondan 1773-cü ildə almazı qraf Orlov alıb, İkinci Yekaterinaya bağışlayıb.
İkinci versiyaya görə, Nadir şahın xəzinəsindən oğurlanmış almazı erməni taciri alaraq 1767-ci ildə Amsterdam bankında yerləşdirib. Beləliklə, qiymətli daş “Amsterdam almazı” adlandırılb. Sonra almaz Lazar Lazereva satılıb və “Lazarev almazı” adlandırılb. Almazı Lazardan 400 min rubla alan Qraf Orlov onu Rusiya çariçasına - Yekaterinaya ad günündə hədiyyə edib. (Mənbə: “Briliant Orlov” proza ru, 22 may 2009 -cu il.)
Rus mənbələrində Lazar Nazaroviç Lazerevin hələ Birinci Pyotr dövründə Səfəvi Dövlətinə tərcüməçi olaraq göndərildiyi və 1768 - ci ildə İkinci Yekaterina tərəfindən Ön Asiyada xristianlığı yaydığına görə Müqəddəs Roma İmperiyasının baronu titulu ilə təltif olunduğu bildirilir.
Bir çox erməni müəlliflərin yazdığı kitablarda Lazarın uşaq yaşlarında İsfahanda təhsil aldığı, Səfəvi şahına yaxın olduğu və 19 yaşında Yeni Culfaya hakim təyin olunduğu göstərilir. “Pravda interesnee leqend” (“Həqiqət əfsanədən maraqlıdır” (Moskva -1975) kitabında Aşot Baziyans qraf Orlovun sayəsində Lazara yüksək məbləğdə ömürlük pensiya verildiyindən bəhs olunur. “Lazerevlərin arxivi” (Moskva -1982) oçerklər kitabınında da müəllif bu barədə yazır.
Lazar haqqında yazılanlardan belə qənatə gəlmək olar ki, o yaltaq xisləti ilə əvvəlcə Nadir şahın qəlbinə, sonra da xəzinəsinə yol tapmış və ordan oğurladığı almazı bud nahiyyəsində Rusiyaya keçirib qraf Orlova satmışdır.
Nurəddin Ədiloğlu, “İki sahil”
P.S: Əbəs yerə deyil ki, bu gün erməni və ya hay deyəndə, ilk növbədə oğru, yaltaq, hiyləgər keyfiyyətlərə malik bir millətin xisləti, xarakterik obrazı göz önündə canlanır.