13 iyul 2020 15:05
798

Ermənistanda etiraz aksiyası: 48 nəfər saxlanıldı

Ermənistanda avtoyürüş formasında keçirilən etiraz aksiyasının onlarla iştirakçısı saxlanılıb.

Avtoyürüş ölkədə fövqəladə vəziyyət rejimi şəraitində aksiyaların keçirilməsinə qoyulan məhdudiyyətlərə etiraz olaraq təşkil olunub.

"VETO" müxalif siyasi hərəkatının lideri Narek Malyan aksiya başlayan kimi polis tərəfindən saxlanılıb. Ümumilikdə 48 nəfər tutularaq polis bölməsinə aparılıb.