Ermənistanda koronavirusa yoluxanların sayı 4500 nəfərə çatıb. Son 24 saat ərzində daha 189 nəfər COVID-19 virusuna yoluxub.
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 4472 nəfər olub.
Koronavirus pandemiyasının başladığı ilk gündən Ermənistanda 60 nəfər bu virusdan ölüb. Onlardan 5-i son sutka ərzində dünyasını dəyişib.
Qeyd edək ki, Ermənistanda koronavirusla əlaqədar martın 16-dan fövqəladə vəziyyət elan olunub. Hökumətin qərarı ilə fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb. //AZƏRTAC
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək