Ermənistanda koronavirusa yoluxanların sayı 329 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 39 yeni yoluxma faktı qeydə alınıb.
Hazırda 311 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ötən gün ölkədə ilk ölüm faktı da qeydə alınmışdı.