25 iyul 2020 12:45
1099

Ermənistanda koronavirusdan ölənlərin sayı 700 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 36 996 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 383 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 700 nəfər koronavirusdan ölüb.