19 mart 2020 13:08
798

Ermənistanda tibb işçisi koronavirusa yoluxdu

Ermənistanın paytaxtı Yerevan şəhərində xəstəxanalardan birində tibb bacısı koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 19-da məlumat verib.

Onun sözlərinə görə, həmin tibb bacısı yoluxucu xəstəliklər xəstəxanasında peşə vəzifəsini icra edərkən yoluxub: “O, hospitala yerləşdirilib”.

Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistanda 115 nəfər koronavirusa yoluxub.