13 yanvar 2020 10:07
475

Fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib. "İki sahil" xəbər verir ki, respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarında ümumilikdə 83 mərkəzdə təşkil edilib. 

Bilik yarışının ilkin mərhələsində iştirak üçün təxminən 35 min şagird müraciət edib.  Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib. 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.