Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib. Bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir.
Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin əkin bəyanlarını düzgün və vaxtında təqdim etmələri onların subsidiya almalarını tezləşdirir.
Qeyd edək ki, EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin çarpazlaşdırılaraq yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.
Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
“Mənşə sertifikatı” alt modulundan istifadəyə dair növbəti maarifləndirici görüş keçirilib
Agentlikdə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib
Şəki şəhərində sahibkarlar üçün “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib