24 yanvar 2020 15:42
1279

Fikrət Sadıqov: Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir

“Parlament seçkilərinə hazırlıq ölkə qanunvericiliyinə uyğun davam edir. Bu günə qədər hər hansı qanun pozuntusuna rast gəlinməyib. Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir”. Bunu secki-2020.az saytına açıqlamasında politoloq Firkət Sadıqov deyib.

O, seçkiqabağı təşviqat kampaniyasının gedişini də yüksək qiymətləndirərək deyib: “Həm müstəqil, həm də müxtəlif siyasi partiyaların nümayəndələri öz namizədliklərini irəli sürüblər. Parlament seçkilərinin demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki prosesini izləmək istəyən yerli və xarici müşahidəçilər qeydə alınır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, MDB Parlament Assembleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb”.