23 yanvar 2021 04:00
704

"Ford" avtomobillərində problem aşkarlanıb

"Ford Motor" şirkəti ABŞ-da 2,7 milyon avtomobili geri çağırıb.

"İki sahil" bildirir ki, qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədar verilib.

Qeyd olunur ki, təhlükəsizlik yastıqları partlaya və ətrafa xırda metal hissəciklər yaya bilər. Geri çağırılma 2006-2012-ci illərdə istehsal olunmuş "Ranger", "Fusion", "Edge", "Lincoln Zephyr/MKZ", "Mercury Milan" və "Lincoln MKX" modellərinə şamil olunub.

Avtomobillərdə təhlükəsizlik yastıqlarındakı qüsurlar nəticəsində bütün dünyada 400-dək xəsarət, 27 ölüm, o cümlədən ABŞ-da 18 ölüm halı qeydə alınıb.