21 mart 2020 20:20
2757

Formula 1 üzrə beşqat dünya çempionu Xuan Manuel Fanxiodan bəhs edən filmin premyerası olub

Məşhur “Netflix” servisində Formula 1 üzrə beşqat dünya çempionu Xuan Manuel Fanxiodan bəhs edən filmin premyerası olub.

AZƏRTAC xəbər verir ki, 92 dəqiqədən ibarət film Formula 1 azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb.

Formula 1-də 7 mövsüm keçirən pilot “Alfa Romeo”, “Ferrari”, “Mazerati” və “Mercedes” komandalarında çıxış edib. Əlli bir starta çıxan argentinalı pilot 24 qələbə qazanıb, 35 dəfə podiuma qalxıb. Pilot 47 yaşında karyerasını başa vurub və 1995-ci ildə dünyasını dəyişib.

Pilot titullarının sayına görə Mixael Şumaxer (7) və Luis Hamiltondan (6) geri qalır.