03 dekabr 2019 16:49
116

Fransa tətilə hazırlaşır

Fransa tarixinin ən böyük tətilinə hazırlaşır.

Publika.az xəbər verir ki, 5 dekabrda təşkil ediləcək tətilə ictimai nəqliyyatdan təhsilə, səhiyyədən ictimai xidmətlərə qədər bir çox sektor qatılacaq.

Hökumətin tətbiq etməyi planlaşdırdığı təqaüd islahatına qarşı təşkil ediləcək tətilin ölkəni uzun müddət fövqəladə vəziyyətdə saxlamasına gətirib çıxaracağından qorxulur.

Baş nazir Eduard Filip aksiya və tətil etmək azadlığının xalqın təməl haqqı olduğunu bildirib. Lakin çalışmaq istəyən çox sayda fransız olduğunu da vurğulamağı unutmayıb.

Ölkə miyqasında keçirilən anket sorğularına əsasən, Fransa xalqının 76%-i təqaüd sistemdəki islahatları dəstəkləyir. Tətil fikrinə isə 46% insan dəstək verib, 33%-i rədd edib.

Qeyd edək ki, tətil zamanı ictimai nəqliyyat vasitələri fəaliyyətini dayandıracaq. Xəstəxana işçiləri, polis və yanğınsöndürən briqadalar, məktəblər və zibildaşıyanlar aksiyaya qatılacaq. Dəmiryolu, metro, dənizçilik sektorunda işləyənlər, müəllimlər də öz dəstəklərini əsirgəməyəcək.