25 sentyabr 2020 14:36
701

Fransanın dövlət borcu rekord həddə çatıb

2020-ci ilin ilk 6 ayı ərzində Fransanın dövlət borcu rekord həddə çatıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu göstərici Fransanın ümumi daxili məhsulunun 114,1 faizini təşkil edib.

İyulun 1-ə olan vəziyyətə görə, Fransanın dövlət borcu 2 trilyon 638,3 milyard avroya bərabər olub. Bu rəqəm aprelin 1-i ilə müqayisədə 113,4 milyard avro artıb.

Bu, 1995-ci ildən bəri qeydə alınan ən yüksək artım olub.