29 iyun 2020 11:27
519

Gecə 2 küçə və 1 prospektdə üfüqi nişanlanma xətləri yenilənəcək

Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri, həmçinin Neftçilər prospektinin Cavanşir körpüsündən Azneft dairəsinədək olan istiqamətində bu gün axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

"İki sahil" xəbər verir ki, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.