03 dekabr 2019 20:07
3088

Gecələr yemək olarmı?

Biz çox yaxşı bilirik ki, gecə yemək yemək orqanizmimizə fayda gətirmir. Ancaq bəzən iştahımız bizə qalib gələ bilir. Yeri gəlmişkən , şirniyyatı və sosisləri sağlam qida ilə əvəz etsəniz, bu cür qəlyanaltılar tamamilə zərərsiz sayıla bilər. Çox vaxt axşam və ya yatmazdan öncə yediyimiz yeməklərə görə, gecə yuxuya getməkdə çətinlik çəkirik. Lakin bəzən aclıq hissi də normal yuxuya getməyimizə mane olur.  Bəzi ərzaqlar var ki,onlardan az miqdarda yesəniz bu sizin aclıq hissinizi aradan qaldıra bilər.

Pendir: Yatmazdan öncə bir neçə dilim pendir yesəniz, bu aclıq hissinizi aradan qaldıra bilər. Bir neçə dilim  sərt pendir həzm prosesini çətinləşdirməyəcək. Lakin bəzi insanlarda pendir miqrenə səbəb ola bilər.Çalışın pendirin sərt növlərini yeyin.

Qatıq: Qatıq bir qəlyanaltı kimi mükəmməldir, çünki tərkibində protein və minimum yağ var. Qatıqda olan zülallar sizə doyumluq hissi verəcək, həmçinin  bədənin daha çox kalori yandırmasına səbəb olacaq. Bu ərzaq həm də səhhətiniz üçün çox faydalı olacaq.

Popkorn: Popkorn (yağlar və duz olmadan )qəlyanaltı kimi bədəninizə yan təsiri yoxdur. Üzərinə sarımsaq  və ya qara bibər əlavə etsəniz popkornu daha dadlı edə bilərsiniz. Təəccüblənməyin , həqiqətən də, gecə popkorn yeyə bilərsiniz.

Giləmeyvələr: Giləmeyvələr antioksidantlarla zəngindir. Bu məhsul ürək-damar və gözlər üçün çox faydalıdır. Giləmeyvələri yağsız yoqurta qatıb yesəniz gecə rahat yata   bilərsiniz.

Tərəvəzlər: Gecələr aclıq hissi ilə oyanırsızsa o zaman özünüzə əvvəlcədən  tərəvəzlərdən ibarət olan salat düzəldə bilərsiniz. Yaşıl tərəvəzlər, kök yesəniz bu sizin orqanizminizə ziyan olmaz. Kök beta karotinlə zəngindir və siz onu qəbul edərkən, sanki A vitamini qəbul etmiş olursunuz. Gecə bir az çəkilmiş kökün üzərinə qatıq və ya xama qatıb yesəniz həzmlə bağlı problemləriniz olmaz.

Alma püresi: Əgər axşamlar həqiqətən sirniyyatlardan dadmağa can atırsınızsa, onda özünüzə alma püresi hazırlayın. Bu  şirniyyata olan tələbatınızı azaldar, iştaha və yuxusuzluğa səbəb olan oreksinində səviyyəsini azaldır.1-2 almadan düzələn pürə nə çəkinizi artırar, nə yuxunuza təsir edər, həmçinin gün ərzində mikroelementlər normasını da ala bilərsiniz.

Banan: Əslində biz tam əksini eşitmiş olsaqda, banan tez həzm olunan bir meyvədir. Bananın tərkibində rahat yuxunu sizə təmin edən çox sayda maqnezium və kalium var. Həmçinin, tərkibində əvəzolunmaz “yuxu hormonu” melatonin də çoxdur.

Albalı şirəsi: Təbii albalı şirəsi dediyimizdə bu sağlam içkinin yalnız faydalı tərəfləri haqqında düşünürük. Bu şirəni axşamlar içsək, bizi aclıq hissindən azad edər.

Çərəzlər: Ən faydalı çərəzlərdən olan qara gavalı və kişmiş həzm prosesini yaxşılaşdırır. Gecə acdığınızda, bir neçə ədəd gavalı və yaxud kişmiş yesəniz bundan heç əziyyət çəkməyəcəksiniz və yaxşıca  yatacaqsınız.

Samirə Tağıyeva, “İki sahil”