Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan "İki sahil"-ə bildirilib ki, müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Professor Gül”, “Akademik Həsən Əliyev”, “Zəfər”, “Orion-26”, “SOCAR-1”, “Om”, “General Əsədov”, “Üfüq”, “Qaradağ-11”, “Dağıstan”, “Bəstəkar Fikrət Əmirov”, “Naxçıvan”, “Andoqa” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır