24 iyun 2020 16:52
2429

Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsinə vəsait ayrılıb

Prezident İlham Əliyev iyunun 24-də “Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, Sərəncama əsasən, Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.