Prezident İlham Əliyev iyunun 24-də “Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Həmçinin dövlətimizin başçısının iyunun 24-də imzaladığı “Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.3-cü yarımbəndində göstərilmiş məbləğin 3,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.
Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib