30 dekabr 2019 10:51
699

Gəncədə yanan ev söndürülüb

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.

“İki sahil” FHN-nə istinadən xəbər verir ki, yüksək temperaturdan evin mətbəxində əşyalar 2 m² sahədə və lambirindən ibarət tavan 13 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.