07 iyun 2025 22:39
85

Cəlilabadda içməli su probleminin həlli üçün yeni artezian qazılıb

Cəlilabadın Seyidbazar kəndində içməli su probleminin həlli üçün artezian quyusu qazılıb.

“İki sahil” xəbər verir ki, 100 metr dərinliyi olan artezian quyusu artıq kənd sakinlərinin istifadəsinə verilib.

İşlər Cəlilabad rayon bələdiyyəsi tərəfindən icra edilib. Artezian quyusu vətəndaşların bələdiyyəyə ödədikləri vergi və rüsumlardan daxil olan vəsait hesabına yaradılıb.