Gəncə şəhərində ev yanıb.
“İki sahil” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kəpəz rayonunda baş verən hadisə zamanı ümumi sahəsi 127 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.