09 fevral 2020 20:23
1384

George Birubaum: 1053 məntəqədə exitpol keçirdik

Amerika Birləşmiş Ştatlarının "AJF Associates İnc." şirkəti növbədənkənar parlament seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

"İki sahil"in məlumatına görə, şirkətin vitse-prezidenti George Birubaum bildirib ki, Azərbaycanda 5-ci "exit-pool" keçiririk: "1053 məntəqədə exitpol keçirdik. 2106 nəfərdən çünasibə aldıq. 47 sahə üzrə nəzarətçisinə nnəticə təqdim edilib. Səhər 11, 14 və 17 də nəticələr təqdim olunub."

George Birubaum bildirib ki, nəticələr dərhal New-Yorka ötürülüb. Proses zamanı George Birubaum 6 min müsahibə aparılıb: "Təxminən hər dairədə 640-650 müsahibə aparılıb. Hər dairə üzrə xəta həddi 3,6 -3, 9 faiz götürülüb.

İlkin nəticələrə görə, seçkilərdə YAP 69 yer, müstəqil namizədlər 41 yer, Vahid Azərbaycan Partiyası 3 yer, Demokratik İslahatlar Partiyası 1, Böyük Qurtuluş Partiyası 1, BXCP 1 yer, Azərbaycan Demokratik Partiyası 1 yer,  VHP 3 yer qazanıb."

Orxan Vahidoğlu, "İki sahil"