27 yanvar 2021 03:56
898

"Getir"in yeni sərmayəsi - 128 milyon dollar

"Getir" keçən il aldığı 38 milyon dollarlıq sərmayənin ardından ikinci turda 128 milyon dollar sərmayə alıb. Yeni yatırımlarla 5 il ərzində dəyərini təxminən 850 milyon dollara qədər yüksəldə bilib.

"İki sahil" bildirir ki, "Getir"də işləyən əməkdaşların da istəkləri ilə bu yatırım turunda işçilərə investor olmaq şansı yaradıldı. 250-dən çox Getir işçisi şirkətə ortaq oldu. "Getir"dən sonra "GetirBüyük", "GetirSu" ve "GetirYemek" xidmətləri də fəaliyyətə başlayıb. "GetirBüyük"də təxminən 4 min məhsul, "GetirYemek"də 15 mindən çox restoran yer alıb. Yeni investisiya ilə şirkət xarici bazarlarda da fəaliyyətə başlamağı planlaşdırır.