15 oktyabr 2020 17:41
1531

Gözləriniz bu sadə məşqlərlə rahatlaşacaq

İndi demək olar ki, hər kəs günün çox hissəsini telefonlar, kompüterlər və televizorlar kimi gözləri yoran elektron cihazlara baxmağa sərf edir. Nəticədə gözlərdə quruluq, qızartı,yaşarma, baş ağrısı kimi narahatlıqlarla üzləşirlər. Bütün bu şikayətlər göz məşqlərinə başlamağın vaxtının gəldiyini göstərir.

Gözlərinizi əllərinizlə bağlayın

Gözlərinizi əllərinizlə bağlayın və bir neçə dəqiqə qaranlığa baxın. Bu məşqi ardıcıl iki dəfə tətbiq edə bilərsiniz.

Sağa və sola baxış məşqi

Dik oturduqdan sonra başınızı tərpətmədən ön tərəfə diqqət yetirin. Mövqenizi pozmadan gözlərinizi sola çevirin və gördüyünüz hər hansı bir nöqtəyə dikin.Sonra eyni şəkildə sağa baxın. Bu hərəkətləri üç tur tamamlanana qədər davam etdirə bilərsiniz. Ancaq unutmayın ki, göz məşqləri müntəzəm təkrar tələb edir.

“Yuxarı və aşağı” göz məşqi

Dik oturduqdan sonra başınızı tərpətmədən ön tərəfə diqqət yetirin. Sonra beş dəfə yuxarı və aşağı baxın. Bunu üç dəfə təkrarlaya bilərsiniz.  Alnınızı qırışdırmaqdan və gözünüzü qırpmaqdan qorxmayın. Göz məşqlərinin ağrı, gözlərdə quruma və qıcıqlanma kimi problemlərin həllində aktiv rol oynadığını unutmayın.

Diaqonal göz məşqi

Diqqətlə önünüzə baxdıqdan sonra aşağıya və sola baxın. Sonra sağa və yuxarıya baxın, gözlərinizi çapraz hərəkət etdirin. Gördüyünüz hər şeyə diqqətlə baxın. Bu məşqi digər istiqamət daxil olmaqla üç dəfə təkrarlayın.

Dairəvi göz idmanı

Sol tərəfə baxın və gözlərinizi dairə şəklində yavaş-yavaş saat istiqamətində çevirin. Bu məşqi beş dəfə,daha sonra saat istiqamətinin əksi şəklində olmaqla təkrar edə bilərsiniz.

Yaxına və uzağa diqqətlə baxın       

Baxışlarınızı 20-30 sm aralıdakı bir qələm üzərində cəmləşdirin. Sonra  daha uzaq bir obyektə diqqət yetirin. Sonra yenidən qələmə baxın. Qələm xaricində fokusunuzu beş dəfə dəyişdirin. Bu dövrü üç dəfə təkrar edə bilərsiniz.

Konsentrasiya-1

Düz durun və irəli baxın ... Sonra qaşlarınız arasındakı nöqtəyə diqqət yetirin və bir neçə saniyə baxaraq, sonra yenidən irəli baxın. Bu məşqi üç dəfə təkrar edə bilərsiniz.

Konsentrasiya-2

Düz durun və irəli baxın. Sonra burnunuzun ucuna diqqət yetirin və bir neçə saniyə baxdıqdan sonra yenidən irəli baxın. Bu məşqi üç dəfə təkrar edə bilərsiniz.

Masaj-1

Gözlərinizi bağladıqdan sonra iki-üç saniyə möhkəm bir şəkildə sıxın. Sonra gözlərinizi qapalı vəziyyətdə buraxın, sonra yenidən sıxın. Bu məşqi 10 dəfə təkrar edə bilərsiniz.

Masaj-2

Gözlərinizi bağladıqdan sonra gözlərinizi əvvəlcə saat yönündə,daha sonra isə barmaqlarınızın ucları ilə saat yönünün əksi istiqamətində masaj edin. 10 dairə çəkmək kifayətdir.

Samirə İsmayılova, “İki sahil”