Gürcüstan parlamentinin martın 17-də keçirilən iclasında Ali Məhkəmənin sədri vəzifəsinə seçki olub.
Bu vəzifəyə lehinə 82 səslə hakim Nino Kadaqidze seçilib. Onun əleyhinə səs verən olmayıb.
Parlamentin sədri Arçil Talakvadze N.Kadaqidzeni təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Gürcüstan Ali Məhkəməsi sədrinin vəzifəsi indiyədək boş idi. Gürcüstanın Ali Ədliyyə Şurası martın 11-də N.Kadaqidzenin namizədliyini irəli sürmüşdü. //AZƏRTAC
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib