16 mart 2020 21:45
858

Gürcüstanda mədən işçiləri tətil edirlər

Gürcüstanın İmereti bölgəsinin Tkibuli şəhərindəki “Dzidziquri” mədənin işçiləri bu gündən tətil elan ediblər.

150 nəfərdən çox fəhlə işə çıxmayıb.

Onlar əsasən əməkhaqlarının vaxtında ödənilməsini və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Tkibuli şəhərinin meri temur Çubinidze fəhlələrlə görüşüb və onların tələbinin yerinə yetiriləcəyini bildirib. Lakin mədən işçiləri hələ də aksiyanı davam etdirirlər.

Fəhlələr cavabdeh “Qruzuqol” şirkətinin onların tələblərini yerinə yetirməyənə qədər şaxtaya enməyəcəklərini bildiriblər. //AZƏRTAC