13 yanvar 2021 19:11
1132

Hamilələrə və körpələrə vaksin vurulacaqmı?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

“İki sahil” xəbər verir ki, TƏBİB-in yaydığı məlumatda istahsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulmasının tövsiyə edilmədiyi qeyd olunub.

Buna səbəb kimi bu istiqamətdə hələ tədqiqat aparılmadığı göstərilib.