24 iyun 2020 14:57
580

Harry Kane tarixə düşmək istəyir

Harry Kane "Tottenhem" ilə "Vest Hem"ə qarşı keçirdiyi 200-cü oyunda 137-ci qolun müəllifi olub.

“İki sahil” xəbər verir ki, daha əvvəllər İngiltərə Premyer Liqasinda 260 qolun müəllifi olan Alan Shearer və 208 qola sahib olan Wayne Rooney 200 qol səddini keçib.

"Vest Hem"lə oyunda ikinci qolun müəllifi olan Kane oyundan sonrakı açıqlamasında deyib: “200 oyun oynadım. Zaman tez ötür. Hələ 26 yaşındayam. 200 qola çataçağıma inanıram. Qol vurmaq dünyanın ən gözəl  hissidir”.

Qeyd edək ki, Kane bu mövsüm 12 qolun müəllifidir.

Xatırladaq ki, Kane 200 oyunda 137 qol ilə "Mançester Siti"də 138 qolun müəllifi olan Sergio Agueronun  bir addım gerisində qalir.