25 iyul 2020 14:50
544

Hava şəraiti pisləşdi, bir nəfər öldü

İyulun 24-dən 25-nə keçən gecə Xorvatiyada yağan güclü yağış və külək bir nəfər yanğınsöndürənin ölümü və xeyli maddi ziyanla nəticələnib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiya hökumətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub k, güclü yağış və külək ən çox Riyeka, Varajdin, Opatiya şəhərləri, Krk və Tsres adaları və paytaxt Zaqreb şəhərlərində qeydə alınıb. Evlər, infrastruktur obyektləri və yollar su altında qalıb, külək çoxlu sayda ağac aşırıb. Hazırda təbii fəlakətin şəhərə vurduğu maddi ziyan hesablanır.