10 fevral 2020 17:02
588

Həbsdə olan qohumuna narkotik aparan şəxs tutuldu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 317-2.1; 66.3; 67.1-ci maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kazımov Nicat Əlirza oğlu ilə qısamüddətli görüşə gedən qohumu, Bakı şəhər sakini Quliyev Fərid Novruz oğlunun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın iç tərəfində xüsusi üsulla tikilərək hazırlanmış saxlanc yerində gizlədilmiş bükülüdə 0,738 qram narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.