29 iyun 2020 15:29
1876

Hər evdən gündə bir nəfər, bir dəfə evdən çıxa bilər

Çində koronavirusun ikinci dalğası ilə əlaqədar sərt karantin rejimi tətbiq edilir.

“İki sahil” xəbər verir ki, Hebei bölgəsində pandemiyaya yoluxanların sürətlə artması ilə əlaqədar 400 min nəfərin yaşadığı bölgə karantinə alınıb.

Sərt karantin rejiminin qaydalarına əsasən hər evdən yalnız bir nəfər, gündə bir dəfə evdən çıxa bilər.

“İki sahil”