30 mart 2020 11:36
3698

Hərbi xidmətə çağırış müddəti uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanuna dəyişiklik edilib.

Dəyişiklik müzakirədən sonra səsverməyə çıxarılaraq qəbul edilib.