26 sentyabr 2020 11:13
1857

Həyatda qəribə insanlar da var...

Səbəbi bəlli olmayan psixoloji vəziyyət  sindrom olaraq adlandılır. Bu məqalədə onların bir neçəsini oxuyuculara təqdim edirik.

"Minxauzen"  sindromu

Bu sindrom XVIII -ci əsrdə yaşamış Baron Minxauzenin adi ilə bağlıdır.  Bu sindromdan əziyyət çəkən şəxslər ətrafdakı insanların diqqətini çəkmək üçün özünü xəstə kimi aparır. Son illər ərzində aparılan  araşdırmalar göstərmişdir ki, təcili yardıma gələn xəstələrin 20%-i bu sindromdan əziyyət çəkirlər, lakin onlar  əslində xəstə deyillər.

"Bitməyən aclıq "sindromu

Bu sindromdan əziyyət şəkən insanlar qidaya yüksək aclıq hissi ilə yanaşırlar. Onlar stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Ətrafınızda kimsə yemək yedikdə ac olmadığınız halda belə nəsə yemək istəyirsiniz, televizor qarşısında tez-tez yemək yeyir, gecələr yuxudan oyanıb, soyuducu qarşısına keçirsinizsə, siz yeni bir psixoloji sindromla qarşı-qarşıyasınız.Bu sindromdan əsasən iş həyatından narazı olan, dostları ilə münasibətləri korlanan, sevgidə bəxti gətirməyən, maddi durumu yaxşı olmayan insanlar əziyyət çəkir.

"Pika" sindromu

Pika sindromu əksər  hallarda uşaqlıq, hətta körpəlik yaşlarından başlayıb yetkinlik vaxtınadək davam edən və daim təkrar olunan bir davranış pozğunluğudur. Bu sindromdan əziyyət şəkən xəstələr  zərərli ola biləcəyini bilsələrdə zərərli  maddələri yemə istəyindən uzaqlaşa bilmir. Çox vaxt bədəndə əskik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əskikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır.

"Stendal" sindromu

 Bir insanın sənət əsərləri qarşısında həyəcanlanıb, huşunu itirməsinə Stendal sindromu deyilir. Bu sindromdan əziyyət çəkən insanlarda adətən  ürək ritmlərində sürətlənmə, baş dönməsi, bayılma və hallüsinasiyalar müşahidə olunur. Bu sindromun adı öz kitabında Florensiyanı təsvir edərkən eyni halları  yaşamış olan fransız yazıçısı Stendalın adı ilə bağlıdır.

“Xarici aksent“ sindromu

Bu xəstəlik bu günə qədər 65 nəfərdə müşahidə olunmuşdur. Beynin danışma hissəsində əmələ gələn zədə səbəbi ilə yaranır və və insan öz ana dilini xarici dildəki aksent ilə danışmağa başlayır. Sindromun ən maraqlı tərəfi isə aksentin  dəyişməsi olur. Sindromdan əziyyət çəkən insanlar daha əvvəl heç eşitmədikləri və görmədikləri bir ölkənin aksenti ilə danışırlar.

"Truman" sindromu

"Truman" sindromu televiziyanın və populyar mədəniyyətin həyatımıza girməsi ilə ortaya çıxan ruhi narahatlıqdır." Truman" sindromuna tutulan xəstələr, həyatlarının gizli kamera ilə qeydə alındığını və televizorda göstərildiyini zənn edirlər. Belə tip xəstələr cəmiyyət içinə çıxmağa çox qorxurlar.

"Diogen" sindromu

Diogen sindromu daha çox sahibsizlik, özünə laqeyd münasibət hiss etmə hallarını təcəssüm etdirir və daha çox yaşlı insanlarda müşahidə olunur. Diogen sindromundan əziyyət çəkən insanlar  səfil həyatı yaşayırlar , təmizliyə  riayət etmirlər.Diogen sindromu məşhur yunan filosofu Diogenin adı ilə bağlıdır.

"Otello" sindromu

"Otello" sindromu, qısqanclıq ilə əlaqəli psixoloji narahatlıqdır. Bir insanın həddindən çox qısqanclıq sərgiləməsilə  bağlıdır. " Otello" sindromunun  adı Şeksprin eyniadlı əsərindən götürülmüşdür.

"Asperger" sindromu

"Asperger"sindromu autizm qrupunun bir növüdür. Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.Bu sindromundan əziyyət şəkən  insanlar normal və yüksək intellektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur. Bu tip insanların təşkilatçılıq qabiliyyətləri çox zəifdir və hər hansı bir plan ağıllarına gələndə onu necə həyata keçirəcəklərini  bilməzlər. Onlar dostlar tapmaqda çətinlik çəkirlər,insanlarla münasibət yarada bilmirlər. Bəzən hər şeyi səhf anlayırlar,sanki görünməz bir divarın arxasındadırlar. Bir söhbəti  belə sona qədər davam etdirməz, göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir. Bu şəxslərin digərlərini anlamasındada  problemlər yaşanır. Bu sindromdan əziyyət çəkən insanların təxəyyülündədə çətinlikləri olur. Onlar duyğuların, mimikaların nə ifadə etdiyini başa düşmürlər.

“Alice in Wonderland” sindromu

Alisa möcüzələr diyarında sindromuna sahib insanlar əşyaların ölçülərini fərqli görür. Belə ki, bu sindromdan əziyyət çəkənlər cisimləri daha böyük va ya kiçik görürlər . Bu insanların hətta eşitməsindədə problemlər yaranır.Onlara deyilənləri fərqli eşidirlər, sanki özlərinəməxsus qapalı bir dünyada yaşayırlar.

“Yad əl“ sindromu

"Yad əl " sindromuna sahib insanlar, bir əlinin öz iradəsi varmış kimi hərəkət etməsi ilə qarşılaşırlar. Məsələn, siz işığı yandırmaq istəyərkən digər əliniz öz-özünə işığı söndürür.

"Peter Pan" sindromu

 Adından da məlum olduğu kimi “Peter Pan" sindromu James Matthew Barrienin yazdığı eyniadlı romanındakı böyüməyi rədd edib, həmişə uşaq qalmaq istəyən qəhrəmanın adından bəhrələnilib. İlk dəfə 1983- cü ildə psixoanalitik Dan Kiley tərəfindən işlədilən bu sindrom fərdi ictimai vəzifələrin və məsuliyyətlərin başlaması ilə ortaya çıxır və asasən 25-40 yaş arası kişilərdə daha çox rast gəlinir. Bu sindromdan əziyyət çəkən insanlar adətən böyüməkdən qorxan uşaqlar və  özünü uşaq kimi hiss edib yaşlarına uyğun olmayan davranışlar sərgiləyən insanlarda rast gəlinir. "Peter Pan" sindromlu insanlar böyüdükcə artan məsuliyyətlərdən qaçmağa çalışırlar və beləliklə, psixoloji durumlarını dahada pozmuş olurlar. Psixoloqların dediklərinə görə, valideynlərin həddindən artıq qoruyucu olması və ailədə olan sevgisizlik bu xəstəliyə səbəb ola bilər.

Samirə Tağıyeva, "İki sahil"