05 iyun 2020 12:34
2408

Həyatı sevin və dəyərləndirin

Zaman bizə verilmiş ən dəyərli hədiyyədir. Xoşbəxt olmaq, bədbinliyə qapılmamaq hər kəsin öz əlindədir.  İnsanlar bədbinliyə qapılanda “mən nə etsəm olmur, başıma gələn heç bir hadisə mənə sevinc gətirmir” düşüncəsində olurlar.  Bu düşüncədəki insanlar təəssüf ki, necə yaşamağı bilmirlər.  Belə olan vəziyyətdə maraqlı sual meydana çıxır: Necə yaşayaq ki, xoşbəxt olaq?

Sizin sevincinizə mane olan nəsnəni tapın

Xoşbəxt olmayan insanlar həyatda nə məqsəd güddüklərini bilməyən və sabaha gözlərini açmaq üçün hədəfi olmayan insanlardır.

Xoşbəxt olmaq üçün yaşam məqsədinizi tapın

Səhər yataqdan duranda beyninizdəki hədəf onu etmək istəyi sizi həyata bağlayacaq. Ən sıravi hədəflərdən başlaya bilərsiniz. Zaman keçdikcə, siz məqsədlərinizin böyüdüyünün belə fərqində olmayacaqsız.

Üçüncü addım  isə əlinizdə olan hər şeyin qədrini bilin. Gileylənmək, özündə olanı bəyənməyib başqasında  olanı gözündə böyütmək insanları həmişə bədbin edir. Unutmayın, artıq tamah baş yarar. Əvvəlcə, hər kəs  əlində olanı yüksək qiymətləndirməyi bacarmalıdır.

Qorxularınızla üzləşin

Onlardan qaçmaq yerinə mübarizə aparmağa çalışın və siz həmin qorxuya qalib gəldikdə “mən bacardım” deyib  sevinc hiss edəcəksiniz.

Öz şəxsi fikriniz olsun və sonuna qədər heç kim sizi dəstəkləməsə belə siz fikrinizin arxasında durun.

Ətrafımızda paxıl, yalançı, qeybətcil və s. hər xüsusiyyətə malik insanlar var və biz bizə deyilən hər sözə əhəmiyyət verməməyi, önəmsəməyi bacarmalıyq.

Sonda yaşadığınız həyatı sevin və dəyərləndirin. Bir dəfə yaşamaq şansımız olduğunu unutmayaq.

Röya Rasimqızı,

“İki sahil”