Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Prezident İlham Əliyevin Vyetnama səfəri çərçivəsində vyetnamlı müğənninin ifası ilə bağlı video paylaşıb.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:
"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğənninin ifa etdiyi xalq arasında daha çox "Ey Vətən" kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı "Nəğmə dolu bir ürəyəm", bəstəkarı Elza İbrahimova".
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğəninin ifa etdiyi xalq arasında daha çox “Ey Vətən" kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı "Nəğmə dolu bir ürəyəm", bəstəkarı Elza İbrahimova. https://t.co/ste1eWxZRh
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 21, 2026
Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: Əla tələffüz, gözəl ifa