05 noyabr 2019 13:36
1225

İbrahim Əhmədov: Qalıq ehtiyatlar 210 milyon ton civarındadır

"2019-cu ilin 9 ayı ərzində 790 min ton neft, 72 milyon kubmetr qaz hasil edilmişdir."

"İki sahil"in məlumatına görə,  bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Neft Daşları"na təşkil edilmiş media-tur zamanı bildirib.

İ.Əhmədov qeyd edib ki, hazırda yataq üzrə qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 milyon ton civarındadır. İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər.

Orxan Vahidoğlu,

"İki sahil"