23 mart 2020 21:13
2112

İctimai iaşə müəssisələrinin yeni iş rejimi açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərarına əsasən ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunur.

Yeni iş rejiminə əsasən müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilir, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Bundan əlavə, nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılır.

Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilir.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.