Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların maarifləndirilməsi məqsədilə dekabrın 10-da “Təşkilati davranış, individual davranışın əsasları və idarəetmə psixologiyası” mövzusunda təlim keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd sahibkar və menecerlərin qərar vermə prosesi və onun mərhələləri, idarəetmədə qərar vermə psixologiyası barədə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə məlumatlandırılmasıdır.
Təlimdə iştirak etmək istəyən startaplar, sahibkar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin [email protected] e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.
Tədbirdə iştirak ödənişsizdir.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir