09 noyabr 2026 12:15
333

İmişlidə yol qəzası olub, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub.

Hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC