13 mart 2020 16:16
1864

İngiltərə Premyer Liqası da dayandırıldı

İngiltərə Premyer Liqasının oyunları dayandırılıb.

Qol.az xəbər verir ki, bununla bağlı liqanın saytı məlumat yayıb. Avropada geniş yayılmış koronavirus səbəbindən bu qərar verilib. Qərar həmçinin bütün aşağı liqalara da şamil edilib.

Çempionatın 4 aprel tarixinədək dayandırıldığı bildirilib.