Mənzil başına tez yetişmək üçün ən rahat nəqliyyat vasitələrdən olan təyyarələr də qəzalardan sığortalanmayıb.
Dünyada tez-tez baş verən bu qəzaların yüzlərlə qurbanı olur. Adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq , pilot səhvi və yaxud terror aktları hesab olunur.
Bu məqalədə sizə dünya aviasiyasının tarixində öz qanlı izini buraxan ən qorxunc qəzalar haqqında danışacayıq.
Kanar adalarında baş verən qorxunc qəza
Dünyanın ən qorxunc təyyarə qəzası günəşli Kanar adalarının Tenerife şəhərinin aeroportunda qeydə alınmışdır. 583 insanın ölümünə səbəb olan bu qəza, iki Boing 747 təyyarələrinin ucuş zolağında toqquşması nəticəsində baş vermişdi. Həmin gün 27 mart 1977-ci dispetçer komandasının anlaşılmazlığı ucbatından pilotlara səhv tapşırıq verilmişdir. O gün “Las- Palmas” hava limanında terror hadisəsi baş verdiyinə görə, bütün uçuşlar təxirə salınmışdır və təyyarələr yaxınlıqda yerləşən “ Los- Rodeos” hava limanına göndərilmişdir. Dörd saat gözlədikdən sonra yorulmuş ekipaj Los- Rodeosdan ayrılmağa tələsdi. Yanlış qərar nəticəsində KL4805 və PA 1736 uçuş-enmə zolağında bir-biri ilə toqquşdular. Dəhşətli qəza nəticəsində KL 234 sərnişin və 14 ekipaj üzvü hamısı həlak oldu , çünki toqquşma zamanı təyyarə səmada idi. Amerika təyyarəsi PA1736 -nın içində olan sərnişinlərin 61-nin həyatını xilas edə bildi.
Tokio faciəsi
Yaponiyanın Obon bayramı ərəfəsində, 12 avqust 1985-ci ildə “ Haneda” Beynəlxalq hava limanından uçuş edən “Japan Airlines” şirkətinə məxsus təyyarə Tokio yaxınlığında qəzaya uğrayır. Bu dəhşətli qəza qurbanlarının sayına görə, digərlərindən heç fərqlənmir. Qəza zamanı təyyarənin içində 509 sərnişin və 15 ekipaj üzvü olub. Bu dəhşətli qəzadan cəmi 4 nəfər sağ qalıb. Əvvəlcə hər şey normal qaydada gedirdi, lakin göyə qalxan təyyarə cəmi 12 dəqiqəlik uçuşdan sonra 7200 metr yüksəklikdə gövdəsində yaranan çat nəticəsində təyyarədə texniki nasazlıqlar başlayır və salonda təzyiq düşməyə başlayır. Qəzanın dəqiq koordinatları hadisədən 20 dəqiqə sonra məlum olub . Lakin Yaponiyanın xilasetmə xidmətində baş verən dəhşətli qarışıqlıq səbəbindən, hadisə yerinə ilk heyət yalnız 14 saatdan sonra gəlib çıxa bilib. Mütəxəssislərin sözlərinə görə, fəlakətdən 10 saat sonra qurbanların bəzilərinin sağ qaldığı məlum olub. Yaralı insanların əksəriyyəti yerdə qalıb donmuşdular. Aparılan tədqiqat nəticəsində aydın olub ki, 1978-ci il iyunun 2-si eniş edərkən, təyyarənin quyruğu zolağa dəyib .Təmir işləri keyfiyyətlə aparılmadığına görə, təyyarədə nasazlıq yaranıb. Qəzadan sonra məsuliyyəti öz üzərinə götürən “ Japan Air Lines”in prezidenti istefa verdi, “JAL” texniki xidmətinin rəhbəri isə intihar etdi.
İki təyyarənin göydə toqquşması
1996-ci ilin payızında Səudiyyə Ərəbistanın Hava yollarına məxsus SVA763 (Boing ) reysi Dehlidən Səudiyyə Ərəbistanın Ciddə şəhərinə istiqamət götürmüşdü. Təyyarənin içində 289 sərnişin vardı, onların əksəriyyəti Ərəbistana işləməyə gedən hindlilər idi.
Həmin gün Qazaxıstana məxsus KZA1907(İl-76) reysi Çimkənddən Hindistanın paytaxtı Dehliyə uçurdu. Bu təyyarədə 27 sərnişin və 10 ekipaj üzvü var idi. Qazaxıstanlı pilotun təcrübəsinin olmadığına görə, təyyarələrin arasında məsafəni saxlaya bilmədi və 4109 metr yüksəklikdə aralarında cəmi 3 metr məsafələri olan təyyarələr toqquşdu. Laynerlərin qalıqları 7 km radiusda səpələndi və hər iki təyyarədə olan insanlar həlak oldular . Xilasedicilər uzun zaman yanmış cəsədlərin kimliyini müəyyənləşdirə bilmirdilər. Qəzaya şahid olan insanların sözlərinə görə, xilasedicilərdən əvvəl qəza yerinə soyğunçular gələrək ələ keçirdikləri əşyaları oğurladılar.
Terror aktı
Şarm-əl- Şeyxdən qalxan Rusiya təyyarəsi 2015-ci il oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayır. Hadisəyə görə, məsuliyyəti İŞID terror qruplaşması öz üzərinə götürüb.Təyyarədə olan 224 nəfərın hamısı həlak olur. Qəzanı araşdıran Rusiya da qəzanın səbəbinin terror aktı olmasını təsdiqləyib.
Samirə Tağıyeva, “İki sahil”