"İki sahi" türk mediasına istinadən xəbər verir ki, "Apple"ın son aylarda satışa təqdim etdiyi iPhone 12 seriyalı telefonlardan sonra, iPhone 13 sıradadır. Apple-a yaxın mənbələrə görə, bu telefonların ən vacib xüsusiyyəti şarj girişinin olmaması olacaq.
iPhone 12 seriyalı telefonlarla, "Apple"ın ilk dəfə şarj adapterini və qulaqlığı telefondan çıxarması diqqət çəkdi. Bu qərar istifadəçilər tərəfindən şübhəli qalsa da, "Xiaomi"nin Mi 11 seriyalı telefonlarda şarj adapterini yığışdırması bu vəziyyətin cərəyana çevrildiyini göstərir.
Bu il sentyabr ayında iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro və iPhone 12 Pro Max-dan sonra təqdim edilməsi gözlənilən iPhone 13 seriyası yeni xüsusiyyətləri ilə diqqət çəkəcək. Hələ də yeni telefonlar barədə dəqiq bir məlumat olmasa da, "Apple"a yaxın mənbələrə görə, bu telefonlar əhəmiyyətli yeniliklər gətirəcəkdir.
Keçən il olduğu kimi, "Apple" da bu il seriyanı 4 telefonda davam etdirəcək: iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max.