23 may 2020 18:00
1781

İqtisadiyyat Nazirliyi açıqladı: Fərdi sahibkarlara...

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı proqramın icrası davam etdirilir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, maliyyə dəstəyindən yararlanmaq üçün müəyyən olunmuş meyarlara cavab verən vergi ödəyicilərinin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetlərinə bildirişlərin və mobil telefonlarına SMS-lərin göndərilməsinə baxmayaraq, bir sıra sahibkarlıq subyektləri tərəfindən hələ də müraciət daxil olmayıb.

Proqramın yaxın vaxtlarda başa çatacağını nəzərə alaraq, nazirliyə müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetlərində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.