16 avqust 2019 12:26
178

İran daha bir yeni radar sistemini təqdim edib

Fars körfəzində İran-ABŞ qarşıdurmasının şiddətlənməsi fonunda rəsmi Tehran bir-birinin ardınca yeni silahlarını təqdim edir.

AZƏRTAC xəbər verir ki, avqust ayı ərzində İran ikinci yeni radar sistemini təqdim edib. Təqdim olunan “Fəllah” tipli yeni radar sistemi qırıcı və bombardmançı təyyarələri aşkar etmək qabiliyyətinə malikdir. İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Sahibi bildirib ki, yeni sistem radardan yayınmaq üçün cihazlarla təchiz olunan təyyarələri də aşkar edib, yerini dəqiq müəyyənləşdirə bilir. Onun sözlərinə görə, bu radar sistemi İsfahan Texnoloji Universitetində hazırlanıb və tam olaraq İranın milli istehsalıdır.