22 noyabr 2026 00:35
139

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:21-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların episentri Türkiyənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə olub.

ZəlzələTürkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD)Qərbi AzərbaycanTürkiyə CümhuriyyətiTəbii fəlakətİran İslam Respublikası