11 iyul 2020 12:35
914

İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Haftanin bölgəsində PKK düşərgələrinə növbəti dəfə ağır zərbə endiriblər.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində bu dəfə bölgədə 8 PKK terrorçusu məhv edilib. Terrorçuların yerləri pilotsuz uçuş aparatları ilə müəyyən olunub.

Ölkə daxilində keçirilən antiterror əməliyyatları çərçivəsində isə Muş vilayətinin Varto rayonunda PKK-ya məxsus 3 cəbbəxana aşkarlanıb. Çox sayda silah və sursatın ələ keçirildiyi bildirilir. //AZƏRTAC