Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 23:19
787

İrəvanda HAYasızlıq:  Zəhranın fotosu erməniləri ifşa etdi

Bu gün İrəvandakı İsrail səfirliyinin qarşısında aksiya keçirilib. Bir qrup şəxsin iştirak etdiyi aksiya Azərbaycan, Türkiyə və İsrail əleyhinə yönəlib.

Ermənistan ordusunun Gəncəyə raket hücumu ərəfəsində belə bir aksiyanın məqsədli şəkildə diqqətləri yayındırmaq üçün təşkil edildiyi şübhə doğurmur. Dünyanın əksər ölkələrinin Gəncə terrorunu lənətlədiyi bir vaxtda 5-10 nəfərin əlində qanlı uşaq şəkilləri olan plakatlarla səfirliyin önündə peyda olması ilk baxışdan diqqət çəkir. Hər üç ölkəni guya mülki şəxsləri və azyaşlıları "qətlə yetirməkdə" günahlandıran aksiya iştirakçılarından birinin əlində tutduğu plakat özləri də bilmədən İrəvanın aksiya şousunu darmadağın edir...

Fotoya diqqətlə baxın. Plakatda öldürülmüş erməni uşağı kimi göstərilən azyaşlı 3 il əvvəl Füzulidə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan Zəhra Quliyevadır. Görünür, İrəvan sakinləri internetdən götürülən fotonun kimə aid olduğunu bilmədən tələm-tələsik İsrail səfirliyinə yan alıblar.

Əlində Zəhranın plakatını tutan erməni qadın var gücü ilə çığıraraq həmin qızın azərbaycanlılar tərəfindən öldürüldüyünü deyir və hesab edir ki, belə abrusd teatr tamaşası ilə Gəncə olaylarının istiqamətini İrəvana yönəldə biləcək. Çirkin planı anındaca ifşa edərək fotonun azərbaycanlı Zəhra Quliyevaya aid olduğunu müəyyənləşdirdik.

Xatırladaq ki, 2017-ci ilin yayında Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Nə qədər qəribə görünsə də, erməni həyasızlığı sərhəd tanımır. 3 il əvvəl özlərinin öldürdüyü qızcığazı bu gün erməni kimi təqdim etməklə Azərbaycanı yox, işğalçı ölkələrini gülünc vəziyyətə saldılar. Qatilləri hələ də cəzasız qalan Zəhranın bir fotosu erməni yalanlarını bütün çılpaqlığı ilə ifşa etdi.