28 may 2020 09:55
658

İtaliya klubu Mario Balotelli ilə yollarını ayırır

İtaliyanın "Breşiya" klubu mövsümün sonunda futbolçusu Mario Balotelli ilə yollarını ayıracaq. 

Bu barədə klubun prezidenti Massimo Çellini "TeleLombardia"ya açıqlamasında məlumat verib.

O, 30 yaşlı hücumçunun qəribə insan olduğunu deyib. Çellini Balotellinin komandanı düşünmədiyini söyləyib: "B Seriyasına düşəcəyimiz təqdirdə avtomatik olaraq müqavilə ləğv ediləcək, futbolçu sərbəst agent olacaq. Balotelli ilə müqaviləni media üçün imzalamadıq. Həqiqətən, onun oyunumuza töhfə verəcəyinə inandıq, məyusuq". 

Qeyd edək ki, Mario Balotelli 2019-cu ilin avqustunda "Breşiya" ilə müqavilə imzalayıb. Komanda A Seriyasında 26 turdan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. //Report